RUSİYA » CƏMİYYƏT
01 İyul 2020, 12:58 (GMT +4)

Rusiyada koronavirusdan 9,536 nəfər ölüb

Bakı, 1 iyul, SalamNews. Rusiyada koronavirusa yoluxanların sayı son sutkada 6556 nəfər artaraq 654 405-ə çatıb. Eyni zamanda son gündə 216 nəfər koronavirusdan ölüb, ümumilikdə ölənlərin sayı 9.536 nəfərə çatıb.

SalamNews bu barədə RİA Novosti-yə istinadən xəbər verir.

Koronavirusun yayılmasına qarşı mübarizə üzrə əməliyyat qərargahından xəbər verilir ki, ölkədə 85 bölgədə 654.405 koronavirusa yoluxma halı qeydə alınıb.

Rusiyada 24 saat ərzində 10 281 nəfər, pandemiya dövründə isə 422 931 nəfər xəstəxanadan çıxarılıb.

Moskvada 1 796, Sankt-Peterburqda 845, Moskva bölgəsində 812, Rostov vilayətində 359 nəfər xəstəxanadan  evə buraxılıb.