DÜNYA » SİYASƏT
01 İyul 2020, 12:13 (GMT +4)

Koronavirus yayıldıqca Trampın Çinə qarşı olan qəzəbi artıb

Bakı, 1 iyul, SalamNews. ABŞ prezidenti Donald Tramp özünün “Twitter” hesabında bildirib ki, koronavirus pandemiyası dünyaya yayıldıqca onun Çinə qarşı olan qəzəbi daha da artır. SalamNews bu barədə  İnterfaks-a istinadən xəbər verir.

“ABŞ-a vurulmuş böyük ziyan da daxil olmaqla, pis pandemiyanın dünyaya daha çox yayıldığını gördükcə, Çinə daha çox qəzəblənirəm”, - deyə Tramp öz hesabında yazıb.  

ABŞ prezidenti dəfələrlə COVID-19 pandemiyasına görə məsuliyyəti Çinin üzərinə atıb  və Pekinə qarşı sanksiyaları istisna etməyib.