RUSİYA » CƏMİYYƏT
01 İyul 2020, 10:51 (GMT +4)

ÜST Rusiyanın koronavirusla mübarizəsini uğurlu hesab edir

Bakı, 1 iyul, SalamNews. ÜST-ün Rusiya nümayəndəsi Melita Vuynoviç "Rossiya 24" telekanalına açıqlamasında, Rusiyanın koronavirus infeksiyası ilə mübarizədə etdiyi işləri dəyərləndirib.

Onun fikrincə, Rusiya Federasiyası düzgün yolla irəliləyir. Bunu iki həftədir xəstələrin gündəlik artımının azalması sübut edir.

SalamNews xəbər verir ki, Vuynovic qeyd edib ki, bundan sonra rahatlaşmamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək vacibdir.

"Bu, ilk növbədə ictimai nəqliyyata, insanların kütləvi şəkildə toplandığı izdihamlı yerlərə aiddir", o qeyd edib.