AZƏRBAYCAN » CƏMİYYƏT
17 İyun 2020, 13:46 (GMT +4)

Yol Polisi tibb işçilərini təbrik edib

Bakı, 17 iyun, SalamNews. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin Dövlət Yol Polisi İdarəsi tibb işçilərini təbrik edib.

SalamNews xəbər verir ki, təbrikdə deyilir:

"Əziz , həkimlərimiz və tibb sahəsində çalışan bütün fədakar bacı və qardaşlarımız!
Həkim peşəsinin insan həyatı üçün nə qədər önəmli olduğunu məlum pandemiya dövründə bir daha cəmiyyətə sübut etdiniz!

Sağlamlığımız keşiyində dayanaraq bu ağır günlərdə hər bir vətəndaşımızın ümid yeri oldunuz!
Hər birinizi "17 iyun peşə bayramı"nız münasibəti ilə səmimi qəlbdən təbrik edir, Sizə can sağlığı, ailənizdə xoşbəxtlik, çətin və şərəfli işinizdə isə uğurlar arzu edirik!
Azərbaycan həkimlərinə eşq olsun! Biz birlikdə güclüyük!"

Qeyd edək ki, bu gün Azərbaycanda tibb işçilərinin peşə bayramıdır.