DÜNYA » SİYASƏT
17 İyun 2020, 13:25 (GMT +4)

İran: BMT hər 10 dəqiqədə bir uşaq öldürən Səudiyyə Ərəbistanını uşaqqatilləri siyahısından çıxarıb

Bakı, 17 iyun, SalamNews. ABŞ və Səudiyyə Ərəbistanı beynəlxalq mexanizmləri istehzaya qoyub.

SalamNews -un IRNA-ya istinadla verdiyi xəbərə görə, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Abbas Musəvi Tvitter-də yazb. 

Musəvi BMT-nin Səudiyyə koalisiyasının uşaq hüquqlarını pozanların siyahısından çıxarılmasını şərh edib.

"İrana qarşı əsassız iddiaların ləğvindən bir neçə gün sonra, yüzlərlə yəmənli uşağın koalisiya tərəfindən öldürüldüyünün tanınmasına baxmayaraq BMT katibliyi Yəməndəki Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyaya sərbəst hərəkət etmək imkanı verir", deyə o yazıb.

Xatırladaq ki, BMT baş katibi Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyasını uşaqlara qarşı cinayətlər törədənlərin siyahısından çıxarıb.