DÜNYA » CƏMİYYƏT
22 May 2020, 17:42 (GMT +4)

Corc Soros: Koronavirus pandemiyası AB-nin qurtuluşu üçün təhlükədir

Bakı, 22 may, SalamNews. Milyarder Corc Soros koronavirus pandemiyasının Avropa Birliyinin qurtuluşunu təhlükə altına saldığını bildirib.

SalamNews TASS-a istinadən xəbər verir ki, onun fikrincə qurum büdcəni artırmaq üçün tədbirlər görməli və böhrandan ən çox əziyyət çəkən ölkələrə yardım göstərməlidir.

"De Telegraaf"a verdiyi müsahibədə Soros bildirib ki, müstəsna hallar müstəsna tədbirlər tələb edir.