DÜNYA » İDMAN
22 May 2020, 17:24 (GMT +4)

Yaponiya Olimpiya Oyunlarını 2021-ci ildə keçirməyi planlaşdırır

Bakı, 22 may, SalamNews. Yaponiya Olimpiya Oyunlarını 2021-ci ildə keçirməyi planlaşdırır.
SalamNews RİA Novosti-yə istinadən xəbər verir ki, bunu ölkənin Milli Olimpiya Komitəsi (MOK) açıqlayıb.

Xatırladaq ki, yarışlar 2020-ci ildə keçirilməli idi, lakin koronavirus pandemiyası səbəbiylə təxirə salındı.

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax bildirib ki, oyunlar 2021-ci ildə keçirilə bilməsə ləğv olunacaq.

"Biz bununla bağlı heç nə eşitməmişik. Hər həftə məsləhətləşmələr aparmaqla BOK ilə yaxından əməkdaşlıq edirik", Yaponiya MOK-dan verilən məlumatda deyilir.