RUSİYA » SİYASƏT
22 May 2020, 16:58 (GMT +4)

Putin Rusiyada koronavirusla bağlı vəziyyətin stabilləşdiyini açıqlayıb

Bakı, 22 may, SalamNews. Rusiyada koronavirusla bağlı vəziyyət stabilləşməyə doğru gedir, yeni yoluxma halların sayında tədricən azalma var.

SalamNews -un RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, bunu Rusiya prezidenti Vladimir Putin açıqlayıb.

"Mütəxəssislərin məlumatına görə ölkədə vəziyyət stabilləşir. Epidemiya ilə ən çox üzləşən Moskvada və Rusiyanın bir çox bölgəsində hər gün aşkar olunan yeni yoluxma hallarının sayında tədricən azalma başlayıb. Hələ ki bu müsbət tendensiya o qədər də sürətlə getmir", deyə Putin ölkədəki sanitar-epidemioloji vəziyyətlə bağlı iclasda bildirib.