AZƏRBAYCAN » İQTİSADİYYAT
22 May 2020, 16:02 (GMT +4)

“Qala Sığorta”onlayn mətbuat konfransı təşkil edib

Bakı, 22 may, SalamNews. Sığorta bazarının aktiv iştirakçılarından olan “Qala Sığorta” media nümayəndələri üçün mətbuat konfransı təşkil edib. 

SalamNews xəbər verir ki, sığorta sektorunda ilk dəfə olaraq onlayn şəkildə keçirilən mətbuat konfransında “Qala Sığorta”-nınİdarə Heyətinin sədr müavini Taleh Yunsurov iştirak edib.
Taleh Yunsurov görüş zamanı jurnalistlərlə şirkətin pandemiya dövründə fəaliyyəti, satış strategiyası və s. mövzular barədə müzakirələr aparıb.

Karantin dövründə “Qala Sığorta”-nınfəaliyyəti barədə ətraflı məlumat verən T.Yunsurov qurulan düzgün satış strategiyası nəticəsində pandemiyanın şirkətə mənfi təsir göstərmədiyini bildirib. Bu dövrdəşirkət tərəfindən bazarda ilk dəfə icbari sığorta əldə etməyin mümkün olduğu mobil tətbiqi istifadəyə verilib.

Həmin mobil tətbiq vasitəsilə müştərilərin heç yerə zəng etmədən, növbə gözləmədən İcbari Avtomobil Sığortasını onlayn şəkildə əldə edə biləcəkləri qeyd olunub.
Konfransın sonunda media nümayəndələrinin sualları cavablandırılıb və şirkətin fəaliyyətinə dair yeniliklər barədə məlumat verilib.

Xatırladaq ki, yeganə səhmdarı “AzRe Təkrarsığorta” ASC olan “Qala Sığorta” şirkəti müştərilərinə 1 filial və 10 regional nümayəndəlik vasitəsi ilə qanunvericiliklə nəzərdə tutulan qeyri-həyat sığorta sahəsinin 23 növü üzrə, o cümlədən 19 könüllü və 4 icbari sığorta məhsulları üzrə xidmətlər göstərir.“Qala Həyat" şirkəti isə Azərbaycan sığorta qanunvericiliyi ilə nəzərdə tutulmuş həyat sığortası siniflərinə aid bütün növ məhsulları təqdim edir.