DÜNYA » CƏMİYYƏT
22 May 2020, 15:48 (GMT +4)

İranda koronavirusa yoluxanların sayı 130 mini ötüb, onlardan 102 mini sağalıb

Bakı, 22 may, SalamNews, B.Samid. İranda son sutkada 2,311 nəfərin koronavirusa yoluxması qeydə alınıb və bu rəqəm ümumilikdə 131,652 nəfərə çatıb.

SalamNews İSNA-a istinadla xəbər verir ki, bunu İranın Səhiyyə Nazirliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin sədri Kiyanuş Cahanpur deyib.

Bildirilib ki, son 24 saat ərzində ölkədə 2,311 nəfərin yoluxması ilə yoluxmuşların ümumi sayı 131,652 nəfərə çatıb.

Əlavə edilib ki, son sutkada ölkədə 51 nəfərin ölməsilə Covid-19 virusunun qurbanlarının sayı 7,300-ə çatıb.

İranda koronavirusa yoluxan 131,652 nəfərdən, 102,276-ı sağalıb.