DÜNYA » HADİSƏLƏR
22 May 2020, 10:20 (GMT +4)

Aİ tayfun səbəbiylə Hindistan və Banqladeşə yardım ayırıb

Bakı, 22 may, SalamNews. Avropa Birliyi onlarla insanın ölümünə səbəb olan "Amfon" siklonun vurduğu zərərin aradan qaldırılması üçün Hindistana yarım milyon, Banqladeşə isə 1,1 milyon avro yardım ayıracaq.

SalamNews -un TASS-a istinadla verdiyi xəbərə görə, bu barədə AB Böhranların İdarə Edilməsi üzrə Komissar Yanez Lenarçiçin yaydığı açıqlamada bildirilir.

"Hindistanda və Banqladeşdə dostlarımızın nə qədər çətin vəziyyətdə olduğunu təsəvvür edə bilərik. Koronavirusun yayılmasının qarşısını almaq üçün sosial məsafənin vacib olduğu bir vaxtda belə bir fəlakətin baş verməsi. Bir böhran yaşanarkən başqa bir böhranın baş verdiyini görürük", deyə açıqlamada deyilir.

Açıqlamada qeyd edilir ki, Avropa Birliyi ehtiyacı olan insanlara təcili şəkildə yardım göstərməyə hazırdır, Hindistan üçün 500 min avro və Banqladeş üçün 1,1 milyon avro məbləğində təcili yardım ayrılıb.