AZƏRBAYCAN » İDMAN
22 May 2020, 09:44 (GMT +4)

"Real Madrid" Fondu futbol məktəbinin üzvlərinə ərzaq yardımı edib

Bakı, 22 may, SalamNews. Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə mayın 19-da “Evda qalın, saglam olun” və “Biz birlikdə güclüyük” devizi altında növbəti yardım kampaniyası keçirilib.

Nazirliyin Mətbuat katibi Səmayə Məmmədovanın SalamNews-a verdiyi məlumata görə, 2013-cü ildən ölkəmizdə fəaliyyət göstərən və əsasən əhalinin həssas təbəqələrinin nümayənələrindən olan uşaqların cəlb olunduğu "Real Madrid" Fondunun Azərbaycan Sosial Futbol Məktəbinin üzvlərinə ərzaq yardımı göstərilib.

Məktəbin əməkdaşlarının iştirakı ilə 80-dən çox şagird və 12 nəfərdən ibarət işçi heyətinə yardım paketləri çatdırılıb.

Qeyd edək ki, Realmadrid Fondunun sosial futbol məktəbi Gənclər və İdman Nazirliyi ilə Fondun 2013-cü ildə imzaladığı əməkdaşlıq müqaviləsi çərçivəsində yaradılıb. İlk layihə uğurlu nəticə göstərdiyinə görə 2018-ci ilin yanvar ayında yeni müqavilə imzalanıb və məktəbin fəaliyyəti 2022-ci ilə qədər uzadılıb. Bu müddət ərzində yüzlərlə şagird futbola cəlb olunub və onlardan bəziləri hazırda peşəkar karyerasını davam etdirir.

Realmadrid Fondunun Azərbaycandakı sosial futbol məktəbi MDB məkanında birinci, Avropada 8-ci olaraq yaradılıb.