RUSİYA » SİYASƏT
21 May 2020, 16:13 (GMT +4)

Peskov: Rusiyanın koronavirusdan ölüm halları ilə bağlı yayımladığı məlumatlar dəqiqdir

Bakı, 21 may, SalamNews. Rusiyanın koronavirusdan ölüm halları ilə bağlı məlumatları dəqiqdir.

SalamNews xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Peskov COVID-19 qurbanları ilə bağlı Rusiyanın yayımladığı statistikanın yalan olduğu barədə məlumatları şərh edib.

Onun sözlərinə görə, Rusiyada bu məsələ ilə bağlı "heç nəyi gizlətmirlər".

Peskovun sözlərinə görə, ölüm səbəbi yarılma yolu ilə təyin edilir.

O bildirib ki, bu yol ölüm səbəbini dəqiqliklə müəyyən etməyə kömək edir.