AZƏRBAYCAN » CƏMİYYƏT
20 May 2020, 17:14 (GMT +4)

Şura Birinci vitse-prezidentin təşəbbüsünə qoşulub

Bakı, 20 may, SalamNews. Bu gün Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvləri, Katibliyin əməkdaşları və QHT nümayəndələri Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xeyirxah təşəbbüsünə qoşularaq Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən qanvermə aksiyasında iştirak edib.

SalamNews xəbər verir ki, Şura sədri Azay Quliyev bildirib ki, aksiyanın keçirilməsində məqsəd cəmiyyətimizlə həmrəylik nümayiş etdirmək və qana ehtiyacı olan şəxslərin qan ehtiyatının təmin olunmasına yardım etməkdir.

Qeyd edək ki, Mərkəzi Qan Bankında toplanan qan ehtiyatları yoxlandıqdan sonra xəstələr üçün istifadə ediləcək.