DÜNYA » SİYASƏT
20 May 2020, 16:46 (GMT +4)

Zelenski Putinlə danışıqlarda Krım məsələsinin gündəmə gəldiyini açıqlayıb

Bakı, 20 may, SalamNews. Ukrayna lideri Vladimir Zelenski Rusiya prezidenti Vladimir Putinlə danışıqlar zamanı Krım məsələsinin gündəmə gəldiyini, amma Rusiyanın bu məsələni müzakirə etmək istəmədiyini bildirib.

"Ukrayna Krımdakı vəziyyəti müzakirə edir. Bu mövzunu görüşdüyüm bütün avropalılarla müzakirə edirəm", o deyib.

Onun sözlərinə görə, ABŞ, Kanada, Almaniya və Fransa da daxil olmaqla Aİ ölkələrinin əksəriyyəti "Krım geri qayıtmayana qədər sanksiyaların ləğv edilməyəcəyini" başa düşür.

"Hələ ki bu yeganə yoldur. Normandiyada Angela Merkel ilə ilk görüşümdə bu məsələni qaldırdıq, Fransa Respublikasının Prezidenti ilə bu məsələni danışdıq və düzünü desəm Putinə də dedim. Hiss edirəm ki, Rusiya təbii ki, bu məsələni müzakirə etmək istəmir. Ancaq biz xatırlayırıq ki, bu bizim torpağımız, bu bizim xalqımızdır", Zelenski bildirib.

SalamNews xəbər verir ki, bundan əvvəl Zelenski açıqlamışdı ki, Krımın "geri qaytarılması" Ukrayna milli ideyasının bir parçasıdır.