RUSİYA » SİYASƏT
19 May 2020, 16:44 (GMT +4)

Putin: Koronavirusu məğlub etmək üçün daha çox iş görülməlidir

Bakı, 19 may, SalamNews. Avrasiya İqtisadi Birliyi ölkələri koronavirusu sonuna qədər məğlub etmək üçün hələ çox iş görməlidir. SalamNews xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin bildirib.

"Assosiasiyamız qarşısında həqiqətən irimiqyaslı işlər dayanır. Koronavirus epidemiyasını  məğlub etmək, iqtisadi inkişafı bərpa etmək və sosial məsələlərin həlli üçün çox iş görülməlidir", deyə Putin Ali Avrasiya İqtisadi Şurasının videokonfrans formatındakı iclasında çıxışı zamanı deyib.

Qeyd edək ki, Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Ərdoğan koronavirusa qarşı peyvəndin hazırlanması sahəsində əməkdaşlığı müzakirə edib.

Müzakirə telefon söhbəti zamanı baş tutub.