DÜNYA » CƏMİYYƏT
19 May 2020, 11:56 (GMT +4)

ABŞ-da COVID-19 peyvəndinin sınaqları uğurla başa çatıb

Bakı, 19 may, SalamNews. ABŞ-da koronavirus infeksiyasına qarşı peyvənd insanlar üzərində  uğurla sınaqdan keçirilib.

SalamNews -un Gazeta.ru-ya istinadla verdiyi xəbərə görə, "Moderna" şirkəti nəticələr barədə məlumat verib.

Dərmanın klinik sınaqları martın 16-da başlayıb. Bütün iştirakçılar (45 nəfər) peyvəndin müxtəlif dozalarını qəbul edən bir neçə qrupa bölünüb.

Az miqdarda peyvənd qəbul etmiş insanlarda virusdan sağalan insanlar kimi antitellər yaranıb.

Böyük  dozada peyvənd qəbul edənlər COVID-19-dan müalicədən sonra sağalmışlara nisbətən daha çox antitellərə sahibdirlər.