DÜNYA » SİYASƏT
19 May 2020, 10:58 (GMT +4)

Putin və Ərdoğan koronavirusla mübarizəni müzakirə edib

Bakı, 19 may, SalamNews. Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putin ilə telefon danışığı keçirib.

SalamNews -un "Anadolu" agentliyinə istinadla verdiyi xəbərə görə, bu barədə Türkiyə prezident administrasiyası məlumat yayıb.

Türkiyə və Rusiya liderləri koronavirus infeksiyasının yayılması ilə mübarizə mövzusunu, pandemiyadan sonrakı addımları, əsasən Suriya olmaqla regional prosesləri müzakirə ediblər.