RUSİYA » RAMAZAN
18 May 2020, 16:45 (GMT +4)

Vladimir Putin Rusiya müsəlmanlarını Ramazan bayramını evdə qeyd etməyə çağırıb 

Bakı, 18 may, SalamNews. Rusiya prezidenti Vladimir Putin Rusiya müsəlmanlarına müraciət edərək Ramazan bayramını evlərində qeyd etmələrini istəyib.

SalamNews TASS-a istinadən xəbər verir ki, bunu dövlət başçısı Dağıstan rəhbərliyi və ictimaiyyət nümayəndələri ilə görüşündə deyib.

"Bu respublikada (Dağıstanda) insanların bu bayrama necə münasibət göstərdiklərini, adətləri necə qoruduqlarını bilirəm. Bilirəm ki, din adamları insanları bu bayramı evdə qeyd etməyə, kollektiv namazlardan və kütləvi şəkildə  toplanmaqdan imtina etməyə çağırır", Putin deyib.