AZƏRBAYCAN » SİYASƏT
18 May 2020, 12:43 (GMT +4)

Putin Rusiyanı ayrı sivilizasiya adlandırıb

Bakı, 18 may, SalamNews. Rusiya prezidenti Vladimir Putin ölkəsini sadəcə bir dövlət deyil, ayrı sivilizasiya adlandırıb. Bu fikri dövlət başçısı “Rossiya 1” telekanalında yayımlanan “Moskva. Kreml. Putin” verilişinin efirində səsləndirib.
SalamNews-un İnterfaks-a istinadən verdiyi xəbərə görə, Rusiya lideri ölkəsinin ən müasir texnologiyalar əsasında inkişaf edəcəyini söyləyib. O, digər ölkələrin təcrübəsindən yararlanmanın da mümkün olduğunu vurğulayıb. Prezidentin sözlərinə görə, pilotsuz texnika, genetika, tibb və təhsil ölkənin inkişaf edəcəyi bazanın əsaslarını təşkil edəcək.
“Əgər hakimiyyət sivilizasiyanı qorumaq istəyirsə, gərək gələcəyə hesablanmış yüksək texnologiyaların inkişafına üstünlük versin”, - deyə Putin sözlərinə əlavə edib.