MDB ÖLKƏLƏRİ » SİYASƏT
16 May 2020, 15:57 (GMT +4)

Lukaşenko Belarus iqtisadiyyatı üçün xilas yolu tapıb

Bakı, 16 may, SalamNews. Belarus prezidenti Aleksandr Lukaşenko bəyan edib ki, ölkənin əsas ixrac məhsulu olan kartof Belarus iqtisadiyyatının xilası ola bilər. SalamNews xəbər verir ki, bu barədə Belarus liderinin mətbuat xidməti məlumat yayıb.

“Onu bizdən istəyənlər çox olacaq. Buna görə də, yaxşı ki kartofu vaxtında əkmişik”, - deyə Lukaşenko bildirib.

RİA Novosti-nin məlumatına görə, Belarus prezidenti təsərrüfatlara 50-70 hektar ərazidə kartof əkməyi tapşırıb.