RUSİYA » CƏMİYYƏT
16 May 2020, 14:58 (GMT +4)

Putin əhalinin COVID-19 testlərinin həcminin artırılmasına dair göstəriş verib

Bakı, 16 may, SalamNews. Rusiya prezidenti Vladimir Putin hökumətə ölkə əhalisinin koronavirusdan yoxlanması testinin həcmlərinin artırılmasına dair təlimat verib.

SalamNews -un TASS-a istinadla verdiyi xəbərə görə, Rusiya lideri 65 yaşdan yuxarı insanların və  xroniki xəstəliklərdən əziyyət çəkən insanların özünü təcridetmə rejimini qüvvədə saxlayıb.

Məhdudlaşdırıcı tədbirlərin mərhələli şəkildə ləğvi zamanı sanitariya və epidemioloji tələblərə əməl olunması prosesinə müvafiq qurumlar tərəfindən nəzarət ediləcək.

"Qırmızı zonada" işləyən tibb işçiləri vəd olunan əlavə pulu alacaqlar.

Təlimatların yerinə yetirilməsi barədə Rusiyanın baş naziri Mixail Mişustinin mayın 20-də hesabat təqdim etməsi tələb olunacaq.