DÜNYA » SİYASƏT
16 May 2020, 14:27 (GMT +4)

Tramp koronavirusa qarşı peyvəndin hazırlanacağı vaxtla bağlı ehtmallar irəli sürüb

Bakı, 16 may, SalamNews. ABŞ bu ilin sonunda və ya daha əvvəl koronavirusa qarşı peyvənd hazırlaya bilər.

SalamNews -un "Anadola"ya istinadən verdiyi xəbərə görə, bunu ABŞ prezidenti Donald Tramp açıqlayıb.

"Ümid edirik ki, ilin sonuna qədər COVID-19-dan peyvənd və dərman əldə edəcəyik, bəlkə də bu daha tez ola bilər", Amerika lideri bildirib.

Xarici KİV-lərin məlumatına görə, ABŞ-da koronavirusa yoluxanların sayı 1 459684 nəfərə çatıb. Virusa yoluxma nəticəsində  demək olar ki, 87 min amerikalı həyatını itirib.

31 dekabr 2019-cu ildə Çin hökuməti epidemiyanın başladığı barədə Ümumdünya Səhiyyə Təşkilatına məlumat verib.