DÜNYA » SİYASƏT
16 May 2020, 13:18 (GMT +4)

Pandemiya dövründə Azərbaycan vətəndaşları müalicə üçün Türkiyəyə gedə biləcəklər

Bakı, 16 may, SalamNews. Türkiyə hökuməti bir sıra ölkələrin vətəndaşlarına tibb müəssisələrində müalicə almaq üçün sərhədi keçməyə icazə verib.

SalamNews bu barədə "Anadolu"ya istinadən məlumat yayıb.

Müvafiq qərar  hökumət tərəfindən koronavirus infeksiyası ilə əlaqədar karantin rejimini sadələşdirmək tədbirləri çərçivəsində qəbul edilib.

İcazə Azərbaycan, Rusiya, Böyük Britaniya, Almaniya, Yunanıstan, Gürcüstan, Cibuti, İraq, Qazaxıstan, Qətər, Qırğızıstan, Liviya, Moldova, Hollandiya, Türkmənistan, Özbəkistan və Ukrayna vətəndaşlarına şamil olunur.

Qeyd edilir ki, yalnız koronavirus testi mənfi çıxan xəstələr Türkiyə ilə sərhədi keçə bilərlər.