DÜNYA » SİYASƏT
16 May 2020, 11:33 (GMT +4)

ABŞ İsrailə qarşı addımına görə Beynəlxalq Cinayətlər Məhkəməsini kəskin tənqid edib

Bakı, 16 may, SalamNews, B.Samid. ABŞ hökuməti Beynəlxalq Cinayətlər Məhkəməsinin baş prokurorunu İsrailə qarşı və fələstinlilərin lehinə olan addımına görə kəskin tənqid edib.

SalamNews Əlcəzirəyə istinadla xəbər verir ki, ABŞ dövlət katibi Mayk Pompeo Beynəlxalq Cinayətlər Məhkəməsinin baş prokuroru Fatou Bensoudanı tənqid edib.

Pompeo ötən gün verdiyi bəyanatda bildirib ki, fələstinlilər dövlət olmadıqlarına görə Beynəlxalq Cinayətlər Məhkəməsinə üzv olma səlahiyyətinə malik deyillər.

ABŞ dövlət katibi Beynəlxalq Cinayətlər Məhkəməsinin baş prokuroru Fatou Bensoudanı, fələstinlilər üçün belə bir hüququ tanıdığına görə kəskin tənqid edib.

Qeyd edək ki, Beynəlxalq Cinayətlər Məhkəməsinin baş prokuroru carı ayın biri fələstinlilərin şikayət hüququnu tanıyan qərarı təsdiqləyib. Fələstinlilər bir neçə il öncə İsrailə qarşı müharibə cinayətləri zəminində şikayət ediblər.

Bildirək ki, İsrail yaxın zamanlarda işğalda olan İordan vadisi və İordan çayının qərb sahilində işğalda olan ərazilərdə sonradan salınan 121 massivin üzərində suverenliyini elan etmək istəyir. ABŞ prezidenti Donald Trampın "Əsrin Sazişi" planında da bu ərazilər İsrailinki kimi göstərilib. Buna görə cari ramazan ayının son cüməsində fələstinlilərin hüquqları ilə bağlı Beynəlxalq Qüds gününün keçiriləcəyi gözlənilir.