RUSİYA » CƏMİYYƏT
14 May 2020, 17:29 (GMT +4)

Putin rus genetiklərinin koronavirusa qarşı mübarizədə göstərdiyi əməyə görə təşəkkür edib

Bakı, 14 may, SalamNews. Rusiya Prezidenti Vladimir Putin, rus genetiklərinin koronavirus infeksiyası COVID-19 ilə mübarizəyə verdiyi töhfəni xüsusi vurğulayıb.

"İndi genetik tədqiqatlar test sistemləri, peyvəndlər və dərmanlar, o cümlədən koronavirusla mübarizəyə yol açır", Putin deyib.

SalamNews RT-yə istinadla xəbər verir ki, bu barədə o, Rusiyada genetik texnologiyaların inkişafı ilə bağlı keçirilən iclasda açıqlama verib.

"Genetiklərə bu təhlükəyə qarşı mübarizədə verdiyi töhfələrə görə təşəkkür edirəm", Putin deyib.