AZƏRBAYCAN » HADİSƏLƏR
14 May 2020, 15:03 (GMT +4)

Xaçmazda taxta emalı sexində yanğın olub

Bakı, 14 may, SalamNews.Xaçmaz rayonunun Ağtala kəndində ümumi sahəsi 2000 m² olan taxta emalı sexinin ərazisində yeşiklər və taxta tullantıları 75 m² sahədə yanıb.

Fövqəladə Hallah Nazirliyindən SalamNews-a verilən məlumata görə, sex yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.