RUSİYA » SİYASƏT
09 May 2020, 16:32 (GMT +4)

Lukaşenko və Putin Qələbə günü münasibətilə bayramlaşıblar

Bakı, 9 may, SalamNews. Rusiya prezidenti Vladimir Putin və Belarus lideri Aleksandr Lukaşenko Böyük Vətən müharibəsindəki qələbənin 75-ci ildönümü münasibətilə bir-birini təbrik ediblər.

SalamNews-un Lukaşenkonun mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Putinin Lukaşenkoya göndərdiyi təbrikdə faşizm üzərində qələbənin ümumi miras olduğu qeyd edilib. Öz növbəsində, Belarus liderinin Rusiya prezidentinə ünvanladığı təbrikdə isə bu qələbənin sovet xalqının qəhrəmanlıq salnaməsini yad edən hər kəs üçün müqəddəs bir bayram olduğu vurğulanıb.