DÜNYA » SİYASƏT
09 May 2020, 15:34 (GMT +4)

Conson Putinə iki ölkə arasındakı münasibətlərdə problemlərin mövcud olduğunu bildirib

Bakı, 9 may, SalamNews. İngiltərə Baş naziri Boris Conson Rusiya Prezidenti Vladimir Putinə bildirib ki, iki ölkə arasındakı dialoq davam etdirilməlidir, ancaq onların gələcəkdə inkişafı üçün maneələr qalmağa davam edir.

SalamNews RİA Novosti-yə istinadla xəbər verir ki, bunu Britaniya baş nazirinin ofisinin rəsmi nümayəndəsi iki ölkənin liderləri arasında baş tutan telefon danışığından sonra açıqlayıb.

Məlumata görə, baş nazir bu gün Qələbənin 75-ci ildönümü münasibətilə Prezident Putinlə danışıb. 

"Onlar həmçinin ölkələrimiz arasındakı ikitərəfli münasibətləri də müzakirə ediblər. Baş nazir açıq şəkildə işarə etdi ki, dialoq aparmalıdır, ancaq gələcəkdə irəliləyiş əldə etmək üçün maneələr qalıb", açıqlamada deyilir.