RUSİYA » SİYASƏT
09 May 2020, 13:10 (GMT +4)

Putin Qələbə günü münasibətilə rusiyalılara müraciət edib

Bakı, 24 aprel, SalamNews. Rusiya prezidenti Vladimir Putin Faşizm üzərində qələbənin 75-ci ildönümü münasibətilə xalqa müraciət edib.

SalamNews-un verdiyi xəbərə görə, dövlət başçısı Naməlum əsgərin abidəsi önündə çıxış edib.

O, bildirib ki, 75-ci qələbə yubileyi təntənəli surətdə qeyd ediləcək, “Ölümsüz alayın” yürüşü gerçəkləşəcək.

“Bizim hamımız üçün bu, ən əsas və əziz bayramdır. Hər zaman onu təntənəli surətdə, hamılıqla birlikdə qeyd etmişik. Qələbənin mənəvi dəyəri həmişəki kimi böyükdür, bizim ona münasibətimiz isə müqəddəsdir. Mütləq şəkildə həmişə olduğu kimi yubileyi geniş və təntənə ilə qeyd edəcəyik. Bilirik və dəqiq inanırıq ki, birlikdə olarkən biz məğlubedilməzik”, - deyə Rusiya lideri bəyan edib.