RUSİYA » SİYASƏT
09 May 2020, 10:14 (GMT +4)

Kim Çen In Putini Qələbənin 75 illiyi münasibətilə təbrik edib

Bakı, 9 may, SalamNews. Şimali Koreya lideri Kim Çen In Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi münasibətilə təbrik məktubu göndərib.

SalamNews RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Koreyanın Mərkəzi Teleqraf Agentliyi (CTAC) məlumat yayıb.

"75 il əvvəl rus xalqı misilsiz qəhrəmanlıq və fədakarlıq ruhunu nümayiş etdirdi. Bu xalq bəşəriyyətin gələcəyi üçün təhlükə yaradan faşizmi məhv etmək, ölkəsini, dünyadakı sülhü və təhlükəsizliyi qorumaq üçün ədalət uğrunda böyük müharibədə  qələbə qazandı", məktubda deyilir.