DÜNYA » SİYASƏT
08 May 2020, 16:17 (GMT +4)

Netanyahu və Putin region məsələləri və koronavirus pandemiyasını müzakirə ediblər

Bakı, 8 may, SalamNews, B.Samid. İsrail baş naziri Benyamin Netanyahu və Rusiya Federasiyası prezidenti Vladimir Putin telefon vasitəsilə danışıqlar aparıblar.

SalamNews Rusiya mətbuatına istinadla xəbər verir ki, İsrail baş naziri Benyamin Netanyahu bu gün Vladimir Putinlə telefon təmasında olub.

Tərəflər ikinci dünya müharibəsi qələbəsinin 75-ci ildönümü ilə bağlı bir-birini təbrik ediblər.

Tərəflər koronavirus pandemiyasına qarşı mübarizə sahəsində tədbirləri də müzakirə ediblər.

Məlumata görə, İsrail və Rusiya dövlət başçıları Suriya məsələsini, eləcə də tərəflər üçün maraqlı olan bir sıra ikitərəfli və beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparıblar.