DÜNYA » SİYASƏT
06 May 2020, 15:32 (GMT +4)

Bağdadın beynəlxalq hava limanı ərazisinə bir neçə raket atılıb

Bakı, 6 may, SalamNews, B.Samid. Bağdadda beynəlxalq hava limanı ərazisinə üç ədəd raket atılıb.

SalamNews Sumariya Agentliyinə istinadla xəbər verir ki, bu barədə hərbi mənbələr məlumat veriblər.

Bildirilib ki, bu gün səhər Bağdadın beynəlxalq hava limanı kənarında yerləşən hərbi limana 3 ədəd katyuşa raketi atılıb.

Bağdadın beynəlxalq hava limanı kənarında yerləşən hərbi limanda ABŞ koalisiyasının hərbi qüvvələri var.

Qeyd edək ki, bu hücum canlı tələfata səbəb olmayıb.

Əlavə edək ki, İraqda bu gün hökumətin formalaşdırılması məqsədilə yeni nazirlər kabinetinin üzvlərinin siyahısı müsbət rəy almaq üçün parlamentə göndəriləcək.