QAFQAZ » SİYASƏT
29 Aprel 2020, 11:52 (GMT +4)

Ermənistanda kütləvi iğtişaşlar baş verib

Bakı, 29 aprel, SalamNews. Ermənistanın Qavar rayonundə 28 apreldə 2 nəfərin öldürülməsindən sonra ixtişaşlar başlayıb.

SalamNews "İnterfaks"a istinadən xəbər verir ki, Qavarda atışma zamanı iki nəfər ölüb, daha iki iştirakçı avtomobildə hadisə yerindən qaçsa da qəzaya düşüb və xəstəxanaya yerləşdirilib.

Ölənlər arasında hərbi polis müstəntiqi də olub.

Xəstəxanaya  Qavar polisinin rəisi Arman Sarkisyanla birlikdə çoxsaylı hüquq mühafizə qüvvələri nəzarət edirdi.

Buna baxmayaraq, öldürülmüş hərbi polis müstəntiqinin dostları və qohumları da daxil olmaqla 500-ə yaxın insan xəstəxanaya daxil olub. Onlar qəzada yaralanan şəxslərin hər ikisinin boğazlarını kəsməklə onları qətlə yetiriblər. Polis onlara mane ola bilməyib.