DÜNYA » DİN
21 Aprel 2020, 10:57 (GMT +4)

Ayətullah Sistaninin dəftərxanası Ramazan ayı hilalının görünməsi barədə məlumat yayıb

Bakı, 21 aprel, SalamNews, B.Samid. Ayətullah Seyyid Əli Sistaninin dəftərxanası 1441-ci hicri-qəməri ilinin mübarək Ramazan ayının hilalının görünməsi barədə məlumat yayıb.

SalamNews İQNA-a istinadla xəbər verir ki, ayətullah Seyyid Əli Sistaninin dəftərxanası 1441-ci hicri-qəməri ilinin mübarək Ramazan ayının hilalının görünməsi barədə məlumat yayıb.

Məlumatda deyilir:

"Cari həftənin cümə günü, 24 Aperl 2020-ci il, 1441-ci hicri-qəməri ilinin mübarək Ramazan ayının təzə hilalı izlənəcək.

Elmi hesablamalara görə cümə gününün günbatan çağı mübarək Ramazan ayının hilalını adi gözlə aydın şəkildə görmək olacaq. Əgər bu baş verərsə, həftənin Şənbə günü, 25 Aprel 2020-ci il, Ramazan ayının birinci günü olacaqdır".