AZƏRBAYCAN » İQTİSADİYYAT
15 Aprel 2020, 11:00 (GMT +4)

Azərbaycan nefti ucuzlaşıb

Bakı, 15 aprel, SalamNews.Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 2,73 ABŞ dolları, yaxud 10,79% azalıb.

SalamNews xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 22,58 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, indiyə qədər "Azeri LT CIF" neftinin minimal qiyməti aprelin 1-də (16,53 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.