RUSİYA » İQTİSADİYYAT
11 Aprel 2020, 16:11 (GMT +4)

Bloomberg: Rusiya ölkə iqtisadiyyatını dəstəkləmək üçün 1 trilyon rubl ayıracaq

Bakı, 11 aprel, SalamNews. Rusiya hökuməti koronavirus pandemiyası fonunda yeni iqtisadi dəstək paketi hazırlayır.

SalamNews-un "Gazeta.Ru"ya istinadla verdiyi xəbərə görə, bu barədə "Bloomberg" xəbər verir.

Hökumətin yeni tədbirlər üçün təxminən 1 trilyon rubl (təxminən 13.6 milyard ABŞ dolları) ayıracağı bildirilir.

Agentlik mənbələrinin verdiyi məlumata görə, bu planla bağlı son qərar qəbul edilməyib və  detalların müzakirəsi davam edir.

Məlumata əsasən, vəsaitin bir hissəsi özünü təcridetmə ilə əlaqədar işləməyən vətəndaşların maaşlarının subsidiyasına yönəldiləcək.