MDB ÖLKƏLƏRİ » CƏMİYYƏT
10 Aprel 2020, 15:23 (GMT +4)

Tacikistan xarici vətəndaşlar üçün sərhədi bağlayıb

Bakı, 10 aprel, SalamNews. Tacikistan hökuməti koronavirusun ölkədə yayılmasının qarşısını almaq üçün xarici vətəndaşların ölkəyə giriş və çıxışlarına müvəqqəti qadağa qoyub.

SalamNews -un TASS-a istinadla verdiyi xəbərə görə, bu barədə respublikanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Koronavirus infeksiyasının daxil olmasının və yayılmasının qarşısını almaq üçün təcili tədbirlər həyata keçirmək məqsədi ilə Tacikistan Respublikasının dövlət sərhəddindəki bütün keçid məntəqələri  xarici vətəndaşlarının və vətəndaşlığı olmayan şəxslərin giriş-çıxışına müvəqqəti məhdudiyyətlər qoyulub", məlumatda deyilir.