AZƏRBAYCAN » CƏMİYYƏT
09 Aprel 2020, 14:07 (GMT +4)

ƏƏSMN: Son günlərdə 13 minədək tənha yaşlıya ərzaq yardımı edilib

Bakı, 9 aprel, SalamNews.Xüsusi karantin rejimi dövründə evdən çıxmaları qadağan edilən yaşı 65-dən yuxarı tənha yaşayan şəxslərə sosial xidmətlərlə yanaşı, ehtiyacı olanlara ərzaq yardımları da edilir.

SalamNews ƏƏSMN-ə istinadən xəbər verir ki, bu məqsədlə bir sıra qurumlar və şirkətlər tərəfindən ümumilikdə 13 minədək tənha yaşlıya ərzaq yardımı edildi. Hazırda da bu proses davam etdirilir.

Ərzaq yardımlarının verilməsi respublikanın bütün bölgələrini əhatə edir.