DÜNYA » CƏMİYYƏT
07 Aprel 2020, 14:40 (GMT +4)

İranda koronavirusa yoluxanlardan 27 mini sağalıb

Bakı, 7 aprel, SalamNews, B.Samid. “Xoşbəxtçilikdən koronavirusa yoluxanların sağalma tendensiyası sürətlənib. İndiyə qədər 27,039 xəstə sağalıb və evlərinə buraxılıblar.”

SalamNews İSNA-a istinadla xəbər verir ki, bunu İranın Səhiyyə Nazirliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin sədri Kiyanuş Cahanpur deyib.

İran rəsmisi son sutkada ölkədə koronavirsla bağlı statistikanı açıqlayan zaman bildirib ki, yoluxanların sayı 62,589 nəfərə çatıb və bu rəqəmdən 27,039-u sağalıb.

Onun sözlərinə görə son sutkada koronavirusdan daha 133 nəfər həyatını itirib və bu rəqəm ümumilikdə 3,872-ə çatıb.

K. Cahanpurin sözlərinə görə indiyədək ölkədə 212 min nəfər koronavirsla bağlı testdən keçib və onlardan 3,987-sinin vəziyyəti kritik olaraq qalır.