DÜNYA » SİYASƏT
07 Aprel 2020, 14:02 (GMT +4)

Tramp ABŞ-ın neft hasilatını azaltması ehtimalını şərh edib

Bakı, 7 aprel, SalamNews. ABŞ lideri Donald Tramp bazarın digər iştirakçılarınən ardınca neft hasilatının azaldılmasını istisna etməyib.

“Bu bizim qəbul etməli olduğumuz bir qərardır. Bəlkə biz bunu qəbul edərik, bəlkə də etmərik", deyə Tramp  OPEC+ üzvlərinin Vaşinqtona belə bir təklif irəli sürəcəyi təqdirdə ABŞ-ın hansı addım atacağı ilə bağlı suala cavabında bildirib.

SalamNews xəbər verir ki, Trampın sözlərinə görə, neft hasilatının azaldılması prosesi avtomatik olaraq baş verəcək, çünki bazarda tələb olmayacaq.