DÜNYA » SİYASƏT
07 Aprel 2020, 11:32 (GMT +4)

Koronavirusdan müalicə üçün dərmanı gələn həftə Rusiyaya gətiriləcək

Bakı, 7 aprel, SalamNews. Rusiyada gələn həftə koronavirus infeksiyasından müalicə üçün "Favipiravir" dərmanının sınaq partiyası istifadəyə veriləcək.

SalamNews xəbər verir ki, bunu Rusiya İnvestisiya Fondunun (RDIF) rəhbəri Kirill Dmitryev "Birinci kanal"a verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, bu dərman Çində istifadə olunub və infeksiya ilə mübarizədə yaxşı nəticələr verib. İlk dəfə  zərdab  Yaponiyada hazırlanıb.

2014-cü ildə satışına icazə verilib. İndi "Favipiravir"in sınaq partiyası Rusiya Federasiyasına çatdırılacaq.

"Artıq bir həftə sonra sınaq partiyası bizdə olacaq", Dmitryev deyib.