DÜNYA » SİYASƏT
07 Aprel 2020, 11:16 (GMT +4)

Taliban Kabildə hökumətlə danışıqları dayandıracağı ilə bağlı xəbərdarlıq edib

Bakı, 7 aprel, SalamNews, B.Samid. Taliban hərəkatı Kabilə göndərdiyi nümayəndə heyətinin danışıqlara qatılmağı müvəqqəti olaraq dayandırdığını bildirib.

SalamNews BBC-ə istinadla xəbər verir ki, bu barədə Taliban hərəkatının Qətərdəki siyasi ofisinin sözçüsü Suheyl Şahin rəsmi twıtter səhifəsində yazıb.

O bildirib ki, məhbusların mübadiləsi və azad edilməsi prosesinin gecikdiyinə görə, Kabilə göndərilən nümayəndə heyəti hökumət qurumları ilə danışıqlara müvəqqəti olaraq qatılmayacaq.

Taliban hərəkatının nümayəndəsi vəziyyətin belə davam edəcəyi təqdirdə danışıqların da dayandırıla biləcəyini deyib.

Qeyd edək ki, Taliban ötən ay ABŞ-la sülh sazişi imzalasa da belə bir anlaşmanı Kabillə imzalamaq üçün 5 min məhbusun azadlığını tələb etmişdi. Taliban 5 min məhbusun qarşılıqlı mübadiləsi və azad edilməsi barədə danışıqların aparılması üçün Kabilə nümayəndə heyəti göndərib.