AZƏRBAYCAN » CƏMİYYƏT
03 Aprel 2020, 19:01 (GMT +4)

Karantin rejimində jurnalistlərin fəaliyyətinə bir daha aydınlıq gətirilib

Bakı, 3 aprel, SalamNews. Azərbaycanda karantin rejimində jurnalistlərin fəaliyyətinə bir daha aydınlıq gətirilib.

SalamNews xəbər verir ki, Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev bildirib ki, bütün bu qərarlar ölkədə virus təhlükəsinin minimuma endirilməsi üçün qəbul edilir:

"Çoxsaylı müraciətlərinizi nəzərə alaraq bildiririk ki, xüsusi karantin rejimi müddətində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərara əsasən Kütləvi İnformasiya Vasitələrinin əməkdaşlarının xidməti vəsiqələri və ya iş yeri barədə arayış əsasında hərəkət etmələrinə yol verilir. Bir daha bildirmək istəyirik ki, bütün bu qərarlar ölkədə virus təhlükəsinin minimuma endirilməsi üçün qəbul edilir. Bir daha vətəndaşlarımızdan zəruri olmadığı hallarda öz yaşayış yerlərini tərk etməməsi və xüsusi karantin vəziyətini nəzərə alaraq sui istifadə hallarına yol verməməsi xahiş olunur".