DÜNYA » İQTİSADİYYAT
03 Aprel 2020, 14:22 (GMT +4)

OPEC+ çərçivəsində danışıqlar gələn həftə baş tuta bilər

Bakı, 3 aprel, SalamNews. Neft ixrac edən ölkələrin təşkilatı olan OPEC Səudiyyə Ərəbistanının təşəbbüsü ilə OPEC+ formatı çərçivəsində danışıqlar prosesinə hazırlaşır.

Bu barədə SalamNews hazırlıq prosesində iştirak edən TASS agentliyinə istinadən xəbər verir. Məlumata görə, görüş gələn həftə baş tuta bilər. “Artıq ölkələrlə bu məsələ ilə bağlı kommunikasiya qurmuşuq”, - deyə mənbə bildirib.

Lakin, görüşün formatı barədə hər hansı bir məlumat verilməyib.