MDB ÖLKƏLƏRİ » CƏMİYYƏT
03 Aprel 2020, 14:55 (GMT +4)

Qırğızıstanda koronavirusdan ilk ölüm hadisəsi qeydə alınıb

Bakı, 3 aprel, SalamNews. Qırğızıstanda koronavirusdan ilk ölüm hadisəsi qeydə alınıb.

SalamNews -un TASS-a istinadla verdiyi xəbərə görə, bu barədə virusun yayılmasının qarşısının alınmasına dair yaradılan qərargah aprelin 3-də məlumat yayıb.

"İlk xəstəmiz 61 yaşında koronavirusdan dünyasını dəyişib", məlumatda deyilir.

Qərargahdan verilən məlumata görə, "xəstə xaricdən gəlib və stasionar müayinədə olub, onda COVID-19 infeksiyasının olduğu təsdiqlənib. Bundan əlavə onda digər ciddi xəstəliklər də müşahidə edilib".

Qərargahın son məlumatına görə, son gündə ölkədə 9 koronavirusa yoluxma hadisəsi aşkar edilmişdir. Ümumilikdə 125 nəfər yoluxub, dörd xəstənin vəziyyəti ağırdır.