RUSİYA » CƏMİYYƏT
02 Aprel 2020, 17:50 (GMT +4)

Sobyanin karantinin pozulmasına görə cərimələrin məbləğini təsdiqləyib

Bakı, 2 aprel, SalamNews. Moskva meri Sergey Sobyanin vətəndaşlar tərəfindən karantin rejiminin pozulması zamanı cərimələrin tətbiqini nəzərdə tutan İnzibati Xətalar Məcəlləsinə dəyişiklikləri imzalayıb.

SalamNews bu barədə "Gazeta.Ru"ya istinadən xəbər verir.

Cərimələr 4-5 min rubl təşkil edir.

Daha əvvəl müvafiq qanun Moskva Şəhər Duması tərəfindən təsdiq edilmişdi.