DÜNYA » SİYASƏT
30 Mart 2020, 17:50 (GMT +4)

Maduro: Kolumbiya və ABŞ Venesuela siyasətçilərinə qarşı addım atsa peşman olacaq

Bakı, 30 mart, SalamNews. Kolumbiya və ABŞ hökuməti Venesuelanın siyasi elitasına qarşı hər hansı bir addım atsa "peşman olacaq".

SalamNews -un TASS-a istinadla verdiyi xəbərə görə, belə bir bəyanatla Karakasda  Boliviya Respublikasının rəhbəri Nikolas Maduro çıxış edib. 

"Ölkənin bir liderinə belə toxunsanız ömrünüz boyu peşman olacaqsınız. Mən bunu Boqotanın oliqarxiyasına, Kolumbiya oliqarxiyasına və Amerika imperializminə deyirəm", Maduro bildirib.

Maduro Kolumbiya və ABŞ səlahiyyətlilərini Venesuelaya qeyri-ciddi yanaşmağa son qoymağa çağırıb.