DÜNYA » SİYASƏT
28 Mart 2020, 12:15 (GMT +4)

Bolsonaru Braziliyada karantinə qarşı kampaniya hazırlayır

Bakı, 28 mart, SalamNews. Braziliya hökuməti, prezident Jair Bolsonarunun yeni koronavirusla mübarizənin iqtisadiyyatı məhv etməsi düşüncəsi ilə hərəkət edərək tərəfdarları üzərində "Braziliya dayana bilməz" şüarı altında reklam kampaniyasına hazırlaşır və sınaqdan keçirir.

Sosial şəbəkələrdə və hazırkı prezidentin tərəfdarlarının Whatsapp qruplarında yayımlanan videoda kadrarxası səs  peşələrin adlarını sadalayır, habelə bağlanmaq və işçiləri çıxarmaq məcburiyyətində qalan şirkətlər haqqında danışır.

SalamNews xəbər verir ki, rəsmi olaraq yayımlanmayan video, hələlik sadəcə prezidentin tərəfdarları arasında yayılıb.

Buna baxmayaraq, ÜST tərəfindən tövsiyə edilən və beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilən karantin tədbirlərinin boykot edilməsini vətəndaşların həyatı və sağlamlığına suiqəsd cəhdi kimi qiymətləndirən müxalifət liderləri bunu kəskin şəkildə tənqid edib.