AZƏRBAYCAN » CƏMİYYƏT
28 Mart 2020, 11:22 (GMT +4)

Daha 90 Azərbaycan vətəndaşı Polşadan vətəninə gətirilib 

Bakı, 28 mart, SalamNews. COVID-19 pandemiyası səbəbiylə xaricdə yaşayan Azərbaycan vətəndaşlarının təxliyəsi davam edir.

SalamNews-un xəbərinə görə, Azərbaycanın Polşadakı səfirliyindən verilən məlumata görə, martın 27-də Polşanın "LOT" hava yollarına məxsus təyyarə Varşava-Bakı reysini həyata keçirib.

Bu reyslə 90 Azərbaycan vətəndaşı vətənlərinə dönüb.